"Mançester Yunayted" bu futbolçu ilə yeni müqavilə bağlayır

22:33 - 25 Mart 2026

\"Mançester Yunayted\" bu futbolçu ilə yeni müqavilə bağlayır

"Mançester Yunayted" rəhbərliyi komandanın gənc istedadı Kobbi Maynu ilə yeni sözləşmə imzalamaya çox yaxındır.


Manset.az Fanat.az-a istinadən xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun verdiyi məlumata görə, tərəflər yeni müqavilənin şərtləri barədə demək olar ki, tam razılığa gəliblər.

Yeni anlaşmanın müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulur ki, bu da klubun futbolçuya olan böyük etimadının göstəricisidir.

Cari mövsümdə "qırmızı şeytanlar"ın əsas heyətində möhkəmlənən yarımmüdafiəçinin maaşında da ciddi artım olacağı gözlənilir.

Rəsmi imza mərasiminin yaxın günlərdə baş tutacağı və ictimaiyyətə elan ediləcəyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az