"Kim milyoner olmak ister"də Azərbaycanla bağlı sualın VARİANTLARI TƏƏCCÜBLƏNDİRDİ- FOTO

13:51 - 01 Yanvar 2023

\"Kim milyoner olmak ister\"də Azərbaycanla bağlı sualın VARİANTLARI TƏƏCCÜBLƏNDİRDİ- FOTO

Türkiyənin reytinqli layihələrindən olan "Kim milyoner olmak ister" yarışmasında bu dəfə iştirakçıya Azərbaycanla bağlı sual verilib. 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, yarışda iştirakçıya "Anaokulunun Azerbaycan dilindeki adı hangisidir?" 50 min lirə dəyərində sual ünvanlanıb.

Sözügedən sual üçün təqdim olunan variantlar isə maraqla qarşılanıb.

Belə ki işirakçıya sual "Balacalar tarlası", "Kiçiklər bostanı", "Uşaq bağçası", "Körpələr parniki" kimi variantlarla verilib. 

Təqdim olunan sual variantları xeyli təəccüb yaradaraq müzakirələrə səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az