Mingəçevirdə küçədə 43 yaşlı kişinin meyiti aşkarlandı

14:07 - 02 Yanvar 2023

Mingəçevirdə küçədə 43 yaşlı kişinin meyiti aşkarlandı

Mingəçevir şəhərində küçədə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsi, 42 ünvanında qeydə alınıb.

Meyitin şəhər sakini, 1980-ci il təvəllüdlü Həsənov Zaur Ağəli oğluna aid olduğu məlum olub.

Onun döyülərək qətlə yetirildiyi ehtimal edilir.

Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az