Naxçıvan daxili işlər naziri vətəndaşları qəbul etdi - Fotolar

14:48 - 02 Yanvar 2023

Naxçıvan daxili işlər naziri vətəndaşları qəbul etdi - Fotolar

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar resbublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilib.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, bütün müraciətlər diqqətlə yoxlanılıb, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülüb. 

Qəbula gələn 159 vətəndaşı dinləyən S.Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Həmçinin, elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcəkdir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az