Şərqi Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi başa çatır - FOTOLAR

11:30 - 17 Yanvar 2023

Şərqi Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi başa çatır - FOTOLAR

Şərqi Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi başa çatır.

 

Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Manset.az-a deyib.

O bildirib ki, həmin ərazilər 30 ilə yaxın müddətdə işğal altında olduğu üçün ehtiyatları dəyərləndirmək mümkün olmayıb: 

Zəfərdən sonra bizim ilk fəaliyyətimiz oranın mineral xammal ehtiyatlarının qiymətləndirilməsinə yönəldi. Artıq bu işlər başa çatmaqdadır. Bizim məqsədimiz işğal dövründə ölkəmizə dəymiş zərərin miqyasının müəyyən edilməsidir. Həmin zərər müvafiq qurumlara təqdim edilməklə, gələcəkdə bəlli hüquqi təzminat davasının açılmasına xidmət edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az