"Ötən illə itki sayını müqayisə etsək, bu il rəqəmlərin sayının az olmasının başında cəmiyyətin 25-30 faizinin peyvəndlənmiş olması dayanır. Peyvəndlənmiş və yoluxmuş insanların çox kiçik hissəsi reanimasiyaya düşür".
Manşet.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov "Real TV"-yə açıqlamasında deyib.
O əlavə edib ki, rəqəmlərin artması ilə bağlı təhlükənin öhdəsindən gəlmək üçün peyvəndlənmə prosesi əsasdır.