2026-cı il 4–8 iyul
tarixlərində Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament
Assambleyasının 33-cü İllik Sessiyası keçirildi
və mən Sessiyada müşayiətçi qismində
iştirak etdim. Bu məqalədə Haaqa Sessiyası zamanı apardığım müşahidələrə, eləcə də Azərbaycan, Ermənistan, Almaniya, Fransa, Türkiyə və ABŞ nümayəndə heyətlərinin rəhbərləri, həmçinin ABŞ-ın ATƏT -dəki
səfiri,
ATƏT PA-nən Prezidenti və Baş katibi ilə keçirdiyim
müsahibə və müzakirələrə əsaslanaraq, ATƏT Parlament Assambleyasında
Azərbaycana münasibətdə formalaşan yeni yanaşmasının qısa təhlilni vermək istərdim.
Beynəlxalq parlament
təşkilatları adətən geosiyasi reallığı birbaşa dəyişmir. Onların əsas rolu
dövlətlər arasında siyasi dialoqun təşviqi, beynəlxalq ictimai rəyin
formalaşdırılması və gələcək siyasi tendensiyaların ilkin əlamətlərinin
müşahidə olunduğu platforma kimi çıxış etməkdir. Məhz bu baxımdan ATƏT Parlament Assambleyasının
Haaqa Sessiyası təkcə təşkilati baxımdan deyil, həm də siyasi məzmununa görə
xüsusi əhəmiyyət daşıyır.
Mən, Azərbaycan
nümayəndə heyətinin müşayiətçi üzvü qismində Sessiyanın plenar iclaslarında,
komitə müzakirələrində, Qrup
toplantılarında və müxtəlif ölkələrin
parlamentariləri ilə keçirilən çoxsaylı fikir mübadilələrində iştirak etmək
imkanı əldə etdim. Bu görüşlər mənə yalnız rəsmi sənədləri deyil, həm də
müxtəlif ölkələrin parlament nümayəndələrinin Azərbaycan, Ermənistan və
bütövlükdə Cənubi Qafqaz barədə dəyişən baxışlarını yaxından müşahidə etmək
imkanı verdi.
Sessiyanın ölkəmiz üçün ən mühüm nəticəsi isə bəlkə də baş verməyən hadisə idi. Belə ki, ATƏT Parlament
Assambleyasının son
33 ildə ilk dəfə olaraq nə keçmiş
münaqişə, nə də Azərbaycan-Ermənistan normallaşması
ilə bağlı qəbul olunan qətnamələrdə hər hansı müddəa yer aldı.Bu faktlar təsadüfi prosedur nəticələri kimi qiymətləndirilə
bilməz.
Haaqa sessiyası göstərdi ki, ATƏT Parlament Assambleyası Azərbaycanın
Prezidenti cənab İlham Əliyev tərəfindən regionda formalaşan
yeni
reallığı qəbul edir, ölkəmzin əldə etdiyi qələbəni və dəyişdiyi
güc balansını nəzərə alır, sülh prosesinin isə yalnız Bakı ilə İrəvan arasında
aparılan birbaşa danışıqlar vasitəsilə irəliləməsinin mümkün olduğunu anlayır.
Bu isə ölkəmizə münasibətin ciddi şəkildə dəyişməsinə təsir göstərmişdir. 5 günlük Sessiya zamanı keçirilən
müzakirələrdə də aydın hiss olunurdu ki, getdikcə daha çox parlamentarinin
fikrincə, Azərbaycan ilə Ermənistan arasında davamlı sülh yalnız iki suveren
dövlət arasında birbaşa danışıqlar yolu ilə mümkündür. Xaricdən tətbiq edilən
siyasi modellərin və ya birtərəfli təşəbbüslərin uzunmüddətli nəticə
verməyəcəyi barədə ortaq yanaşma əvvəlki illərlə müqayisədə daha aydın ifadə
olunurdu.
Sessiyanın digər mühüm
nəticəsi Azərbaycanın ATƏT Parlament Assambleyasının rəhbər strukturlarında
təmsilçiliyini qoruyub saxlaması oldu. ATƏT PA
-da rəhbər vəzifələr avtomatik qaydada və rotasiya ilə deyil, üzv dövlətlərin nümayəndələrinin səsverməsi yolu ilə
müəyyən edilir. Buna görə də bu seçki yalnız fərdi etimadın deyil, eyni zamanda
Azərbaycanın Assambleya çərçivəsində həyata keçirdiyi fəaliyyətə verilən siyasi
qiymətin göstəricisidir.
Sessiya çərçivəsində “Qlobal Siyasət” ixtisası üzrə "ATƏT
Parlament Assambleyası nümayəndələri TRIPP layihəsini necə, Cənubi Qafqazda
sülh quruculuğu mexanizmi , yoxsa geosiyasi rəqabət aləti kimi
qiymətləndirir?" mövzusunda araşdırma apardım. Araşdırma çərçivəsində Azərbaycan,
Ermənistan, Almaniya, Fransa , Türkiyə və ABŞ nümayəndə
heyətlərinin rəhbərləri, eləcə də ABŞ-ın ATƏT -dəki səfiri, ATƏT PA-nın Prezidenti və Baş
katibi ilə ayrıca müsahibələr və müzakirələr apardım.
Araşdırmanın nəticələri göstərdi ki, əksər
həmsöhbətlər ölkəmizin
uğurla təşviq və təşkil etdiyi Zəngəzur dəhlizinin TRIPP layihəsini təkcə Azərbaycan və
Ermənistan üçün deyil, bütövlükdə, Cənubi Qafqaz, Asiya, Avropa və ABŞ arasında ticarət, nəqliyyat, iqtisadi
əməkdaşlıq və regional inteqrasiya baxımından mühüm strateji layihə kimi qəbul edirlər. Müsahibələr zamanı həm Azərbaycanın, həm də Ermənistanın
davamlı sülh istiqamətində atdığı addımlar yüksək qiymətləndirildi.
Bu nəticə onu da göstərir ki, beynəlxalq
parlament diplomatiyasında Azərbaycan əvvəlki illərlə müqayisədə tamamilə yeni
mərhələyə qədəm qoyub. Ölkəmizə Avrasiya məkanında sabitliyə,
əməkdaşlığa və iqtisadi inteqrasiyara töhfə verən
məsuliyyətli aktor kimi hörmət
edilir və Prezident İlham Əliyevin
formalaşdırdığı siyasi və
təhlükəszilik arxitekturası beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir.
Atilla Quluzadə,
“Dünya Məktəbi”nin Hüquq Cəmiyyətinin sədri