2022-ci ildə İstanbulda müalicə üçün aparıldığı xəstəxanadan icazəsiz çıxaraq yoxa çıxan 17 yaşlı Zeynep Yıldırım qətlə yetirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda müalicə üçün aparıldığı xəstəxanadan icazəsiz ayrıldıqdan sonra itkin düşən Zeynep Yıldırımın qətlə yetirildiyi məlum olub.
İctimai Təhlükəsizlik Şöbəsinin Axtarışda Olan Şəxslər Bürosunun əməkdaşları təxminən dörd ildir itkin düşən Yıldırımı tapmaq məqsədilə araşdırmalara başlayıblar. Bu iş çərçivəsində onun telefon qeydlərini təhlil edən qruplar müəyyən ediblər ki, gənc qadın sonuncu dəfə F.D. adlı şəxslə əlaqə saxlayıb və telefonundan gələn son siqnal F.D.-nin Esenyurtdakı evindən qeydə alınıb.