Sabirabadda koronavirus xəstəsi ictimai yerdə AŞKARLANDI

10:12 - 27 Avqust 2021

Sabirabadda koronavirus xəstəsi ictimai yerdə AŞKARLANDI

Sabirabad rayon sakini İsa Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunsa da, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyənləşdirilib və dərhal yaşadığı ünvana qaytarılması təmin edilib.

İ.Zülfüqarov barəsində Sabirabad RPŞ-də araşdırmalar aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az