İlham Əliyevdən ƏDV ilə bağlı FƏRMAN

15:43 - 27 Fevral 2023

İlham Əliyevdən ƏDV ilə bağlı FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Fərmana dəyişikliklərin edilməsi barədə Fərman imzalayıb.

 

Manset.az xəbər verir ki, dəyişikliklərə əsasən, idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına “digər kalsium fosfatları” və “Treonin” əlavə olunaraq, bu güzəştin müddəti bir il uzadılıb. Bununla bağlı “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilib.

Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az