Şəkidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

16:09 - 01 Mart 2023

Şəkidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospektində, "Əlövsət" şirniyyat evinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə, Şəki bələdiyyəsinə məxsus torpaq sahəsində iki ağacın şəhər sakini Rövşən Məmmədov tərəfindən kəsildiyi və köklərinin çıxarılaraq beton örtüklə örtüldüyü müəyyən olunub. 

“Faktla bağlı akt və protokol tərtib olunub və R.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb”.

Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. Ağacların  qorunub mühafizə olunması məqsədilə Şəki bələdiyyəsinə müvafiq göstəriş verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az