Eskalasiya başlayandan bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1 318 nəfərə çatıb.
Manset.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, son sutka ərzində hücumlar nəticəsində azı 50 nəfər ölüb.
Ötən gün martın 2-dən bəri 1 268 nəfərin öldüyü bildirilmişdi.