Zəhərlənən şagirdlər evə buraxıldı - BŞTİ

23:02 - 06 Aprel 2023

Zəhərlənən şagirdlər evə buraxıldı - BŞTİ

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin zəhərlənən şagirdləri evə buraxılıb.

 

Bu barədə Manset.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

"Qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb", - açıqlamada deyilir.

Qeyd edək ki,şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az