Novruz Aslanovun seçiciləri qəbul edib - FOTOLAR

09:38 - 07 Aprel 2023

Novruz Aslanovun seçiciləri qəbul edib - FOTOLAR

Aprel ayının 6-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib.

 

Manset.az xəbər verir ki, İsmayıllı şəhərində yerləşən ofisində keçirilən qəbulda 30-a yaxın seçici iştirak edib.

Seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerində həllini tapıb.

Həmçinin sosial və digər məsələlərlə bağlı müraciətlər də çoxluq təşkil edib. Deputatın səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.

Sakinlərə dəstək olaraq müvafiq humanitar yardımların davam etdirilməsi nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az