Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları buraya əvvəllər gəlmiş Rusiya Federasiyası vətəndaşlarını bu ərazilərdən çıxarıblar.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Peacekeeper" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, əldə olunan razılaşmalar çərçivəsində Rusiya vətəndaşlarının təxliyəsi həyata keçirilib.
Beşi uşaq olmaqla 63 nəfər çıxarılıb.