Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU

14:42 - 08 Aprel 2023

Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU

Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. 

Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az