Qanunsuz ov edən şəxslər cəzalandırıldı - FOTO

17:58 - 08 Aprel 2023

Qanunsuz ov edən şəxslər cəzalandırıldı - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Xızı, Siyəzən rayonları akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Manset.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakini Cavid Məmmədov, Neftçala rayon sakini Ramin İmanov, Xızı rayon sakini Ramil Quliyev, Balakən rayon sakini Tacəddin Şəkiliyev, Yevlax rayon sakini Zahir İdrisov, Siyəzən rayon sakinləri Bəxtiyar Eyvazov, Vasif Nəhirmanov və Rahib Dəmirov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az