İran kəşfiyyatına işləyən qadın həbs edildi

10:00 - 09 Aprel 2023

İran kəşfiyyatına işləyən qadın həbs edildi

Nyu-York Federal Məhkəməsi İran əsilli ABŞ vətəndaşı Niləfər Bahadorifərini 4 il azadlıqdan məhrum edib.

 

Manset.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İranlı qadın ABŞ-nin İrana qarşı sanksiyalarını pozmaqda və ABŞ-də yaşayan iranlı müxalif jurnalist Məsih Əlinejadı oğurlamağı planlaşdıran İran kəşfiyyatının əməkdaşlarına maliyyə yardımı göstərməkdə ittiham olunub.

Məhkəmənin hakimi çıxarılan hökmün ABŞ-də vətəndaşlara qarşı təxribat xarakterli hərəkətlər etmək niyyətində olanların hamısına mesaj olduğunu deyib.

Qeyd edək ki, oğurlanmasına cəhd edilən Məsih Əlinejad tanınmış jurnalist, feminist və hüquq müdafiəçisidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az