Müharibənin dayanacağına dair heç bir əlamət yoxdur - Politoloq

16:35 - 10 Aprel 2023

Müharibənin dayanacağına dair heç bir əlamət yoxdur - Politoloq

Rusiya-Ukrayna müharibəsinin başlanmasından 14 ay ötür. Ancaq, ruslar bu müddət ərzində ciddi irəliləyiş əldə edə bilməyib. Əksinə, ciddi itkilər verib.

Şimali Atlantika Bloku isə Rusiya sərhədlərinə doğru genişlənib. Tətbiq olunan sanksiyalar nəticəsində Rusiyanın gəlirləri də xeyli azalıb. Müharibəni dayandırmaq isə Rusiya üçün rüsvayçılıq hesab olunur. Buna görə müharibənin uzanması ehtimalı yüksəkdir.

Bəs, bu müharibə nə vaxta qədər davam edə bilər?

Manset.az xəbər verir ki, politoloq İlqar Vəlizadə Bakupost.az -a açıqlamasında bildirib ki, yaxın vaxtlarda müharibənin dayanacağı az ehtimal olunur.

Onun sözlərinə görə, Rusiyanın bu mübarizəsini yaxın müttəfiqləri belə dəstəkləməsə də, Moskva məqsədinə çatmaqda israrlıdır:

"Müharibənin dayanacağına dair heç bir əlamət yoxdur. Bu vəziyyət hələ bir müddət davam edəcək. Dünya dövlətləri hər iki tərəfə danışıqlara başlamaq üçün vasitəçilik təklif edir".

İ.Vəlizadə deyib ki, hazırda Çinin vasitəçilik təklifi gündəmdədir:

 

“Rusiya müharibədə məğlub olsa, ölkədə köklü dəyişiklik ola bilər. Ancaq onun qələbəsi də güclənməsi anlamına gəlməyəcək. Çünki bu halda sanksiyalar daha da şiddətlənəcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az