“Açıq mikrofon” aksiyası Kürdəmirdə

19:35 - 10 Aprel 2023

“Açıq mikrofon” aksiyası Kürdəmirdə

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.

 

“Azəriqaz”dan Manset.az-a verilən xəbərə görə, aksiyada ümumilikdə 5 müraciət ünvanlanıb.

Müraciətlərdən biri ödənişlə bağlı bildirişin gecikməsi digəri isə debitor borcun araşdırılması ilə bağlı olub.

Aksiyaya qatılan digər 3 sakin isə SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı müraciətlərini ünvanlayıblar.

Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az