Məşhur polkovnikə ağır itki üz verdi - FOTO

10:18 - 19 Aprel 2023

Məşhur polkovnikə ağır itki üz verdi - FOTO

Hərbi ekspert, polkovnik Şair Ramaldanova ağır itki üz verib.

 

Manset.az xəbər verir ki, Şair Ramaldanovun anası Nuriyyət Ramaldanova bu gün səhər dünyasını dəyişib.

Məlumatı hərbi ekspert Üzeyir Cəfərov ictimailəşdirib. O bildirib ki, dəfn mərasimi bu gün saat 12-də Xaçmaz rayonunda - Xudatda olacaq. 3 mərasimi isə aprelin 21-də Xudatda keçiriləcək.

Mərhum Nuriyyət Ramaldanovanın Şair Ramaldanovla yanaşı, daha iki oğlu hərbçi zabitdir - Elman və İlham Ramaldanovlar.

Mərhumun nəvəsi polkovnik-leytenant Babək Ramaldanov isə 44 günlük Vətən müharibəsində şəhid olub.

Allah rəhmət eləsin.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az