Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumi təhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Manset.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.
Qeyd edək ki, Bakı Qran Prisi 28-30 apreldə baş tutacaq.