Bu yolda hərəkət məhdudlaşdırılır

16:10 - 20 Aprel 2023

Bu yolda hərəkət məhdudlaşdırılır

Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə (20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində birinci tunelin girişinə qədər)  aparılacaqtəmir işləri ilə əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

 

Manset.az xəbər verir ki, hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, aprel ayının 21-dən 22-nə keçən gecədən etibarən aprel ayının 23-ü saat 13:00-dək tətbiq ediləcək.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Hörmətlə, AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az