“Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazaxda təşkil edildi - FOTO

22:10 - 25 Aprel 2023

“Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazaxda təşkil edildi - FOTO

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib.

 

Manset.az xəbər verir ki, aksiyaya ümumilikdə 20-yə yaxın sakin qatılıb ki, bunlardan da 16 nəfəri qaz təchizatı ilə bağlı müraciətlərini ünvanlayıb.

Müraciətlərdən 5-i Ağköynək və Qarapapaq kənd sakinlərinə məxsus olub. Onlar qaz sayğacının yerinin dəyişdirilməsini istəyiblər. Digər müraciətlərə gəlincə, yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı 5, debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi ilə bağlı isə 4 istək yer alıb. Şəmkir RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az