Sumqayıtda müəllim şagirdləri məftillə vurub? - DİN-dən AÇIQLAMA

16:17 - 21 May 2023

Sumqayıtda müəllim şagirdləri məftillə vurub? - DİN-dən AÇIQLAMA

Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi E.Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.

İdarənin təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az