Azərbaycan Basketbol Liqasında VII tura start verilib.
Manset.az xəbər verir ki, ilk oyun günündə son ölkə çempionu "Sabah" ilə "Neftçi" üz-üzə gəlib.
Turun mərkəzi matçında "bayquşlar" 93:78 hesablı qələbəyə seviniblər.
Görüş Milli Gimnastika Arenasında baş tutub.
Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.