logo
logo logo
logo

BMW 720 mindən çox avtomobili geri çağırır

23:44 - 13 Noyabr 2026

BMW 720 mindən çox avtomobili geri çağırır

Almaniyanın BMW avtomobil konserni yanğın riski səbəbindən ABŞ-də 720 796 avtomobili geri çağırır.


    Manset.az Reuters-ə istinadən xəbər verir ki, avtomobillərdə yanğın təhlükəsi yarada biləcək texniki nasazlıq müəyyən edilib.

    Qurum avtomobil sahiblərinə nasazlıq aradan qaldırılana qədər nəqliyyat vasitələrini açıq havada, binalardan və digər avtomobillərdən uzaqda saxlamağı tövsiyə edib.

    BMW problemin aradan qaldırılması istiqamətində iş aparır. Şirkətin məlumatına görə, 2024-cü ildə su nasosu ilə bağlı nasazlıq səbəbindən geri çağırılaraq təmir edilmiş avtomobillərdə sonradan 10 yanğın hadisəsi qeydə alınıb.

    Geri çağırılma 2012–2018-ci illərdə istehsal olunmuş BMW 3 və 5 seriyalı avtomobillərə, X1, X3, X4, Z4 və bəzi digər modellərə şamil ediləcək.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az