Ukrayna Prezidenti Volodimir Zelenski bir müddətdir görüşmədiklərini bildirən İtaliyanın Baş naziri Corcia Meloniyə cavab verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) 9-cu Zirvə toplantısında iştirak edən Zelenski və Meloni burada ikitərəfli görüş keçiriblər.
Zelenski Meloniyə ünvanladığı mesajda görüşlə bağlı təşəbbüsün qarşı tərəfdən gəlmədiyini vurğulayaraq, “Görüşməyi sən istəmədin”, – cavabını verib.