ABŞ-də beş böyük texnologiya şirkətinə qarşı hazırladıqları süni intellekt texnologiyalarının bəşəriyyət üçün ciddi təhlükələr yaratdığı və lazımi səviyyədə nəzarətdə saxlanılmadığı iddiası ilə məhkəmə iddiası qaldırılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Alliance for Secure AI” təşkilatının rəhbərlik etdiyi bir sıra vətəndaş cəmiyyəti qurumları “Anthropic”, “Google”, “Meta”, “OpenAI” və “SpaceX Super Intelligence” şirkətlərini məhkəməyə verib.
İddiaçılar sözügedən şirkətlərin hazırladığı süni intellekt sistemlərinin bəşəriyyət üçün ciddi təhlükələr yaratdığını və onların fəaliyyətinə lazımi səviyyədə nəzarət edilmədiyini əsas gətiriblər.
Onlar şirkətlərin süni intellekt sistemlərinə nəzarətin mümkün olmadığını bilmələrinə baxmayaraq, daha güclü modellərin hazırlanmasını davam etdirdiklərini irəli sürüblər.
İddiaçılar məhkəmədən şirkətlərin bu istiqamətdəki fəaliyyətlərini dayandırmalarını tələb ediblər.