Azərbaycan Ordusunun Ermənistanda saxlanılan hərbçisi Nəsimi Musayev barəsində aparılan cinayət işi üzrə istintaq tədbirləri tamamlanıb.
Manset.az Unikal-a istinadən xəbər verir ki, materiallar ittiham aktının təsdiqlənməsi məsələsinə baxılması üçün prokurora təqdim olunub.
Ermənistan tərəfinin iddiasına əsasən, hadisə 2026-cı il oktyabrın 1-də Sünik vilayətinin Şaki kəndində baş verib. Bildirilir ki, Musayev həmin gün saat 14:00 radələrində kənddəki evlərdən birinə daxil olub. Ev sakinləri tərəfindən aşkarlandıqdan sonra atəş açdığı və nəticədə 1987-ci il təvəllüdlü Ani Avetisyanı yaraladığı iddia edilir.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin rəhbəri Artur Poqosyan noyabrın 3-də məsələ ilə bağlı danışarkən Azərbaycan hərbçisinin qadını öldürmək niyyətində olmadığını söyləyib. O, Musayevin ifadəsində sıx duman səbəbindən istiqaməti itirdiyini və yolu azdığını bildirdiyini vurğulayıb.