“Qalatasaray”ın sabiq qapıçısı Fernando Muslera karyerasını başa vurmağa hazırlaşır.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 40 yaşlı uruqvaylı qapıçının noyabrın 28-də “Estudiantes” və “Palmeyras” arasında keçiriləcək Libertadores Kubokunun finalından sonra futbolla vidalaşacağı bildirilir. Beləliklə, Musleranın 22 illik peşəkar karyerasına yekun vuracağı gözlənilir.
Xatırladaq ki, Muslera 2011-2025-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, İstanbul klubunda 551 oyun keçirib və 19 titul qazanıb. Bunlara 8 Türkiyə çempionluğu, 6 Superkubok və 5 ölkə kuboku daxildir.
Qeyd edək ki, 2025-ci ildə “Qalatasaray”dan ayrılan Muslera hazırda Argentinanın “Estudiantes” klubunda çıxış edir.