logo
logo logo
logo

Türkiyədə helikopter qəzaya uğradı - Həlak olanlar var

20:52 - 12 Noyabr 2026

Türkiyədə helikopter qəzaya uğradı - Həlak olanlar var

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopter qəzaya uğrayıb.


Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza yerinə çoxsaylı yanğınsöndürmə, təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.

Ərazidə baş verən kiçikmiqyaslı yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda qəzanın baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının və hərbi qurumların nümayəndələri tərəfindən araşdırma aparılır.

***

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopter qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az