YAP nümayəndə heyəti Türkiyə vətəndaşları ilə görüş keçirdi - FOTOLAR

09:54 - 25 May 2023

YAP nümayəndə heyəti Türkiyə vətəndaşları ilə görüş keçirdi - FOTOLAR

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti "Zübeyde Hanım Hizmet İçi Eğitim Merkezi"nin konfrans mərkəzində Qars, Ərdahan və İğdırdan olan türk vətəndaşlarla görüş keçirib.

 

Manset.az xəbər verir ki, görüşdə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, İstanbul 1-ci Bölgə millət vəkili Murat Kurum, İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım, AK Parti Ataşehir rayon təşkilatının sədri Burak Çiftçi, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Еürkiyə əlaqələrinin daim möhkəmləndiyini bildirib.

Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq daha yüksək səviyyəyə çatdığı və bu əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun inkişafına, sabitliyin bərqərar olmasına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Tədbir bədii hissə ilə davam etdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az