İrandan Azərbaycana 13 kq narkotik keçirmək istədilər

11:35 - 25 May 2023

İrandan Azərbaycana 13 kq narkotik keçirmək istədilər

May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Zevin kənd sakinləri - Şirbəyov Şamo Faiq oğlu və Şirbəyli İlyas Rahib oğlu tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Manset.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 13 kiloqram narkotik vasitə (11 kq marixuana, 2 kq metamfetamin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az