Taryel Abdullayev həbs edildi

11:51 - 25 May 2023

Taryel Abdullayev həbs edildi

"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs edilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Taryel Abdullayev dələduzluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3. 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham verilib.

İş üzrə 4 nəfər zərərçəkən şəxs var. Taryel Abdullayev həmin şəxslərə xaricdə təhsil almaq adı ilə dələduzluq etməkdə ittiham edilir.

Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Taryel Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və Taryel Abdullayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Taryel Abdullayev bundan sonra məhkəməyə barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməsi ilə bağlı müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az