Hərbi qulluqçunun yaralandığı Gədəbəydəki kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA

11:39 - 28 May 2023

Hərbi qulluqçunun yaralandığı Gədəbəydəki kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA

Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz” adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə istintaq davam etdirilir.

 

Hərbi Prokurorluqdan Manset.az-a verilən məlumata görə, iş üzrə hadisə yerinə və meyitə baxış keçirilin, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib, digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsinin, o cümlədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə digər istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı və hadisənin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcəkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az