Bakıda sürücü sərnişini qarət edib maşından atdı

12:57 - 29 May 2023

Bakıda sürücü sərnişini qarət edib maşından atdı

Bakıda taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az