Vəkil Hikmət Əliyev işçilərin əmək müqaviləsi bağlayarkən diqqət etməli olduğu nüanslardan bəhs edib.
Manset.az xəbər verir ki, o, qeyd edib ki, işçilərin müqavilədə ən diqqət etməli olduğu nüans əmək haqqına olan münasibətdir.
“Məsələn, bəzi hallarda işəgötürən və işçi 2 000 manat əməkhaqqına razılaşırlar. Lakin, işə götürən vergidən yayınmaq üçün işçiyə bildirir ki, bu məbləğin yalnız 350 manatı rəsmiləşdiriləcək. Bu kimi hallarda işçinin danışılan əmək haqqı kəsildiyi halda o, öz hüquqlarını tələb etmək üçün əlverişsiz vəziyyətdə qalır”, - deyə vəkil bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: