Azərbaycanın bəzi bölgələrində yenidən sel gözlənilir - FOTO

14:27 - 31 May 2023

Azərbaycanın bəzi bölgələrində yenidən sel gözlənilir - FOTO

“Bölgələrdə müşahidə edilən qeyri-sabit hava şəraiti iyunun 3-nə qədər davam edəcək”.

 

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Cəlilabadda və Biləsuvarda sel səbəbilə üç kəndin əhalisinin təxliyə edilməsi və çaylarda sululuq səviyyəsi, ümumi vəziyyət barədə məlumat verərkən deyib.

O bildirib ki, fasilələrlə yağıntılı hava şəraiti müşahidə ediləcək:

“Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü yağış olacağı, şimşək çaxacağı, dolu düşmə ehtimalı var. Gözlənilən intensiv, leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuq artacaq. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Sel, əsasən, Balakən, Şəki, Oğuz, Qəbələ bölgələrindən axan Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Əyriçay, eləcə də Türyançay, Göyçay, Dəmiraparançayda, Kiçik Qafqaz ərazisində Daşkəsən, Göygöl, Goranboy rayonlarının ərazisindən axan Gəncəçay, Kürəkçay, Gorançayda gözlənilir.

Bundan başqa, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazisindən axan Qarqarçay, Xaçınçay, Köndələnçay və Quruçaydan da qısamüddətli sel keçəcəyi gözlənilir.

Lənkəran, Astara rayonlarının ərazisindən keçən çayların bəzilərində də qısamüddətli sel ehtimalı gözlənilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az