DYP-dən sürücülərə MÜRACİƏT

09:30 - 08 İyun 2023

DYP-dən sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi "Əziz Şuşa" beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

 

İdarədən Manset.az-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri"nin birinci mərhələsi artıq geridə qalıb.

Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az