Messinin yeni klubu rəsmən açıqlandı - FOTO

09:38 - 08 İyun 2023

Messinin yeni klubu rəsmən açıqlandı - FOTO

Fransanın PSJ komandasından ayrılan argentinalı ulduz Lionel Messi karyerasını ABŞ Futbol Liqasının (MLS) komandalarından biri olan “İnter Mayami”də davam etdirəcəyini açıqlayıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, bu barədə İspaniya mətbuatına açıqlamasında bildirib:

"İnter Mayamiyə keçəcəyəm. Barselonaya qayıtmağı çox istəyirdim, belə bir arzum var idi. Ancaq iki il əvvəl baş verənlərdən sonra gələcəyimi başqalarının əllərinə buraxmaq və eyni vəziyyətdə olmaq istəmədim. Özümü və ailəmi düşünərək qərarımı vermək istədim”.

Qərarının maddiyatla heç bir əlaqəsinin olmadığını deyən Messi, “Məsələ heç vaxt pul olmayıb, əgər elə olsaydı Səudiyyə Ərəbistanına ya da başqa bir yerə gedərdim” ifadələrini işlədib.

İnter Mayami klubu sosial şəbəkə hesabından etdiyi paylaşımla Messinin keçidini təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az