Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib - FOTO

09:00 - 10 İyun 2023

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb. 

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, “Sputnik Armeniya” əsgərimizin məhkəmə zalına gətirilmə görüntülərini yayıb.

Qeyd edək ki, jurnalistlərin məhkəmə prosesinə girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az