Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Mədən küçəsində yerləşən və fiziki şəxs Səxavət Rüstəm oğlu Mamedova məxsus istixanada planlı yoxlama aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Manset.az-a verilən məlumata görə, yoxlama zamanı ilkin istehsal müəssisəsində nöqsanlar aşkar edilib.
Belə ki, istixanada normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi və onlar üçün soyunub-geyinmə sahəsinin ayrılmadığı müəyyən olunub. Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.


