Hacı Nuran Şuşada qəza keçirdi: Avtomobil yararsız hala düşdü - VİDEO

11:31 - 13 İyun 2023

Hacı Nuran Şuşada qəza keçirdi: Avtomobil yararsız hala düşdü - VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov avtomobil qəzası keçirib. 

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bununla bağlı televiziya ulduzu qonaq olduğu "Səhər mərkəzi” verilişində deyib. 

Hacı Nuran bildirib ki, Şuşada keçirilən "Əziz Şuşa” velosiped turuna gedərkən avtomobil qəzasına düşüb: 

"Yollar çox gözəldir. Sadəcə yolun düz ortasında yararsız vəziyyətdə beton maşını dayanmışdı. Üstümüzə bir başqa avtomobil gəldi. Çox ağır qəza keçirdik. Avtomobilimiz yararsız vəziyyətə düşdü. Mən bu qəzadan çox qorxmuşam və stress keçirmişəm. Mənimlə avtomobildə olan digər uşaqlar isə xəsarətlər alıblar. Bizə həmin an polislər kömək və yardım etdilər. Onların köməyi ilə Şuşaya gəldik”. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az