Daşkəsəndə avtomobil yollarında yaranmış məhdudiyyətlər aradan qaldırılıb

15:43 - 14 İyun 2023

Daşkəsəndə avtomobil yollarında yaranmış məhdudiyyətlər aradan qaldırılıb

Qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonunun ərazisində bir neçə avtomobil yolunda yaranmış məhdudiyyətlər aradan qaldırılıb

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə (10-15-ci km-lər), yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çovdar-Çaykənd  Dəstəfur-Qıyıxlı avtomobil yollarında sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara ziyan dəyib.

Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Agentliyə məxsus “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Sözügedən yollar nəzarətdə saxlanılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az