Azərbaycanda süni mayalanma neçəyə edilir? - QİYMƏT

22:49 - 14 İyun 2023

Azərbaycanda süni mayalanma neçəyə edilir? - QİYMƏT

Azərbaycanda bir süni mayalanmanın qiyməti 3500 manatdır.

 

Manset.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında cərrah, mama-ginekoloq Samirə Tağıyeva deyib. Həkim bildirib ki, bu dərmanlarla birlikdə nəzərdə tutulan qiymətdir:

"Mayalanma alınmayanda təkrar müraciət edən analara deyilən rəqəmdə 200-300 manat endirim edilir. Başqa ölkələrlə müqayisədə süni mayalanma ən ucuzu Azərbaycanda icra olunur. Türkiyədə bu proses dollarla ödənilir, təxminən 5 mindən yuxarıdır”. 

Samirə Tağıyeva Azərbaycanda süni mayalanmanın ucuz olmasının səbəbini uşaq istəyən ailələrin imkansız olması ilə izah edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az