Evdən işləyən şəxslər 70 il sonra belə görünəcək

19:06 - 16 İyun 2023

Evdən işləyən şəxslər 70 il sonra belə görünəcək

Bir araşdırmaya görə, COVID-19 dövründə çox yayğınlaşan evdən işləmək uzun müddət davam edərsə qalıcı deformasiyalara səbəb ola bilər.

 

Manset.az-ın Dailymail-ə istinadən xəbərinə görə, “Furniture at Work” tədqiqatçıları evdən işləyən insanların 70 ildən sonra necə görünəcəkləri ilə bağlı araşdırma aparıblar.

Tədqiqat qrupu İngiltərədəki ev işçilərinin üçdə birinin evdə xüsusi iş sahəsinin olmadığını aşkar edən Lids Universitetinin araşdırmasından istifadə edərək "Anna" adlandırdıqları virtual personaj yaradıb:

"Biz evdən işləmək üçün uyğun mühitin olmamasının təsirlərini vizuallaşdırmaq üçün elmi araşdırmalardan istifadə etdik və gələcəyin uzaq işçilərinin necə görünə biləcəyini aşkar etmək üçün səhiyyə mütəxəssisləri ilə işlədik".
“Anna texnoloji cihazlardan daimi istifadəsi, uzun müddət ekrana baxması və uyğun olmayan duruş səbəbindən çox güman ki, psixi sağlamlıq problemləri ilə yanaşı, bir çox fiziki pozğunluqlarla da üzləşəcək”, - tədqiqatçılar bildirib.

Araşdırmada “Anna”nın yataqda işləməsi səbəbindən kürəyinin əyriləşəcəyi və çiyinlərinin deformasiyaya uğrayacağı, davamlı ekrana baxmaqdan gözlərinin qızarıb şişəcəyi, əllərinin belə bir forma alacağı qeyd edilib. 
Bundan əlavə, hərəkətsizliyə görə həddindən artıq kökəlmə potensialı olan "Anna"nın kifayət qədər təmiz hava qəbul etmədiyi üçün immunitet sistemini zəiflədəcəyi, daimi narahatlıq və depressiya içində qalacağı bildirilib.

Səhiyyə mütəxəssisləri isə evdən işləyənlərə sağlam qalmaq üçün hərəkət etməyi tövsiyə edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az