Goranboyun Böylü qəsəbəsindən sel keçib, Ağdamın kəndlərinə dolu düşüb

16:51 - 18 İyun 2023

Goranboyun Böylü qəsəbəsindən sel keçib, Ağdamın kəndlərinə dolu düşüb

Faktiki hava açıqlanıb.

 

Manset.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-i saat 16:00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Saat 15:13 radələrində Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib.

Saat 15:10 radələrində Ağdam rayonu Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm dolu düşüb.

Qərb küləyi Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22m/s, Göyçayda 20 m/s, Şəmkirdə 18 m/s, Göygöldə 16 m/s-dək güclənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az