Naxçıvanda daha bir qız qətlə yetirildi

09:55 - 19 İyun 2023

Naxçıvanda daha bir qız qətlə yetirildi

İyunun 19-da saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qətl törədilib.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Qeyd edək ki, iyunun 18-də də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda gənc qız qətlə yetirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az