Ağdamda azad edilən ərazidə kütləvi məzarlıq aşkarlandı - FOTO

11:23 - 19 İyun 2023

Ağdamda azad edilən ərazidə kütləvi məzarlıq aşkarlandı - FOTO

Ağdamda kütləvi məzarlıq aşkarlanıb.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.

Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az